Azərbaycanda 04 aprelin kriminal xronikası

Azərbaycanda 04 aprelin kriminal xronikası

5 Aprel 2012 11:33
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 35 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən\r\ngün ərzində 35 cinayət faktı qeydə alınmış, onların da 14-i \"isti izlər\"lə\r\naçılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 8 cinayətin üstü\r\naçılmışdır.

\r\n\r\n

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə\r\naxtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

\r\n\r\n

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat\r\nhadisəsi baş vermiş, nəticədə 6 nəfər ölmüş, 5 nəfər isə yaralanmışdır.

\r\n\r\n

Daxili işlər orqanları əməkdaşlarının həyata\r\nkeçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6,\r\nqanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

\r\n\r\n

Cinayət törətdiklərinə görə 12 nəfər tutulmuşdur.

\r\n\r\n

Amil Əhmədova bıçaqla xəsarət yetirmiş Sumqayıt şəhər\r\nsakini Rasim Allahverdiyev tutulmuşdur

\r\n\r\n

04.04.2012

\r\n\r\n

Aprelin 4-də\r\nSumqayıt şəhər ərazisində şəhər sakini Rasim Allahverdiyev münaqişə zəminində\r\nAmil Əhmədova bıçaqla xəsarət yetirmişdir. R.Allahverdiyev Sumqayıt ŞPİ əməkdaşları\r\ntərəfindən tutulmuşdur.

\r\n\r\n

Ağsu rayonunun Bico kəndi ərazisində yol-nəqliyyat\r\nhadisəsi

\r\n\r\n

04.04.2012

\r\n\r\n

Aprelin 4-də\r\nsaat 18.00 radələrində Ağsu rayonunun Bico kəndi ərazisində Ağabəyli kənd\r\nsakini Şərafəddin Hüseynov \"VAZ-2107\" markalı avtomaşını idarə edərkən\r\nonu aşırmışdır. Nəticədə sürücü və sərnişini - arvadı Tubunisə hadisə\r\nyerində ölmüşlər.

\r\n\r\n

İsmayıllı rayonu ərazisində yol-nəqliyyat hadisəsi

\r\n\r\n

04.04.2012

\r\n\r\n

Aprelin 4-də\r\nsaat 17.45 radələrində İsmayıllı rayonu ərazisində Göyçay rayon sakini Nazim\r\nSeyidov \"VAZ-21074\" markalı avtomaşını idarə edərkən onu ağaca\r\nvurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüşdür.

\r\n\r\n

Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində\r\nyol-nəqliyyat hadisəsi

\r\n\r\n

04.04.2012

\r\n\r\n

Aprelin 4-də\r\nsaat 15.00 radələrində Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində qəsəbə\r\nsakini Əli Əliyev \"Muravey\" markalı motosikleti idarə edərkən onu\r\naşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüşdür.

\r\n\r\n

Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində\r\nyol-nəqliyyat hadisəsi

\r\n\r\n

04.04.2012

\r\n\r\n

Aprelin 4-də\r\nsaat 21.00 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində Bakı şəhər\r\nsakinləri Zahid Əbdülrəhmanovun idarə etdiyi \"Hyundai\" və Səraslan\r\nDadaşovun idarə etdiyi \"Mercedes\" markalı avtomaşınlar toqquşmuşdur.\r\nXəsarət almış S.Dadaşov və sərnişini Azad Sucayev xəstəxanaya yerləşdirilmişlər.\r\nS.Dadaşov orada ölmüş, A.Sucayevə isə tibbi yardım göstərildikdən sonra\r\nburaxılmışdır.

\r\n\r\n

Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yol-nəqliyyat\r\nhadisəsi

\r\n\r\n

04.04.2012

\r\n\r\n

Aprelin 3-də\r\nsaat 21.00 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində müəyyən\r\nedilməmiş avtomaşınla qəsəbə sakini Gülmirə Güləmirova vurulmuşdur. Nəticədə\r\nxəsarət almış piyada xəstəxanada tibbi yardım göstərildikdən sonra\r\nburaxılmışdır.

\r\n\r\n

Bakı şəhər sakini Zülfüqar Məmmədov tutulmuşdur

\r\n\r\n

04.04.2012

\r\n\r\n

Binəqədi RPİ\r\n4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində\r\nZeynal Abbasova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər\r\nsakini Zülfüqar Məmmədov tutulmuşdur. Araşdırmalar zamanı həmin gün Z.Abbasovun\r\nqardaşı Heybətin odlu silahdan atəş açaraq Z.Məmmədovun oğlu Cavidə bud nahiyəsindən\r\nxəsarət yetirməsi müəyyən edilmişdir. C.Məmmədov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti\r\nqənaətbəxşdir. H.Abbasovun tutulması üçün tədbirlər görülür.

\r\n\r\n

Anar Məmmədova bıçaqla xəsarət yetirib hadisə\r\nyerindən qaçmış Elvin Mahmudov tutulmuşdur

\r\n\r\n

04.04.2012

\r\n\r\n

Binəqədi RPİ\r\n5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində\r\naprelin 2-də Anar Məmmədova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış\r\nElvin Mahmudov tutulmuşdur.

\r\n\r\n

Mağazadan oğurluq etməkdə şübhəli bilinən Şəki şəhər\r\nsakini Elmir İsmayılov tutulmuşdur

\r\n\r\n

04.04.2012

\r\n\r\n

Şəki ŞRPŞ əməkdaşlarının\r\nhəyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il mayın\r\n31-də Yaşar Həmidova məxsus mağazadan 125 manat pul və danışıq kartları\r\noğurlamış Şəki şəhər sakini Elmir İsmayılov tutulmuşdur.

\r\n\r\n

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

\r\n\r\n

04.04.2012

\r\n\r\n

Aprelin 4-də\r\nSumqayıt şəhər sakinləri Azad Orucov, Tahirə İsmayılova, Şəbnəm Fərzəliyeva\r\nvə Gəncə şəhər sakini Kamran Nəbiyev öz evlərindən dəm qazından zəhərlənmə\r\nilə xəstəxanalara gətirilmişlər.

\r\n\r\n

O.M.

\r\n\r\n\r\n\r\n