Bakının Qaraçuxur qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdi

Bakının Qaraçuxur qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdi

5 Aprel 2012 11:22
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyinin məlumatına görə, bu gün 00:15 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində Bakı şəhər sakini Ramin Əhmədovun idarə etdiyi "Mercedes" markalı avtomaşınla "VAZ-21011" markalı avtomaşın toqquşub. Nəticədə "Jiquli"nin sürücüsü hadisə yerində ölüb, xəsarət almış sərnişinləri Ceyhun Umarov və 20-25 yaşlı kişi, habelə R.Əhmədov xəstəxanaya yerləşdirilib. C.Umarovun və 20-25 yaşlı kişinin vəziyyətləri ağırdır. R.Əhmədova isə tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Faktla bağlı araşdırma aparılır.

O.M.