Həbsdə olan İdeal" qəzetinin baş redaktorunun ailə üzvlərinə qarşı apellyasiya şikayəti təmin olunmadı

Həbsdə olan İdeal" qəzetinin baş redaktorunun ailə üzvlərinə qarşı apellyasiya şikayəti təmin olunmadı

5 Aprel 2012 12:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan "İdeal" qəzetinin baş redaktoru Nazim Quliyevin ailə üzvlərinə qarşı verdiyi apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. Prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Xatırladaq ki, N.Quliyev qardaşı Bəhruz Quliyev və anası Minurə Quliyevaya qarşı mənzildən çıxarılma və əmlakın qaytarılması tələbi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə onun tələbini təmin etməyib. Bundan sonra o, Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

O.M.