Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Maştağa icra nümayəndəliyində əməliyyat keçirib

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Maştağa icra nümayəndəliyində əməliyyat keçirib

4 Aprel 2012 12:44
Bəyəndim (0) Bəyənmədim (0)

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları dünən Bakının Sabunçu rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə icra nümayəndəliyində əməliyyat keçirib. Əməliyyat nəticəsində Maştağa qəsəbəsi üzrə icra nümayəndəsi Arzu Hacıyev Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən rüşvət faktı ilə əlaqədar saxlanılıb.

Maştağa icra nümayəndəliyindən faktla bağlı ətraflı açıqlama verilməyib.

O.M.