Gəncə sakini yarım kilo narkotiklə tutuldu

Gəncə sakini yarım kilo narkotiklə tutuldu

12 Fevral 2020 17:01
Bəyəndim (3) Bəyənmədim (0)

Gəncə şəhərində narkotiklərlə bağlı əməliyyat keçirilib.

Oxuməni.az xəbər verir ki, Nizami (Gəncə) rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş S.Abbasov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 2 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun yardımçı təsərrüfatından əlavə olaraq 465 qram marixuana aşkar edilərək götürülüb.

Oxuməni.az