Qobustan Həbsxanasına bayram sovqatı içərisində narkotikin keçirilməsinin qarşısı alındı

Qobustan Həbsxanasına bayram sovqatı içərisində narkotikin keçirilməsinin qarşısı alındı

4 Aprel 2012 10:25
Bəyəndim (0) Bəyənmədim (0)

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Penitensiar xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Aprelin 2-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1979-cu il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əbilov Ceyhun Malik oğlunun yanına dostu vətəndaş Bağırov Sənan Ədalət oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman fabrik üsulu ilə hazırlanmış kağız qutunun içərisindəki xurmalar yoxlanılarkən ümumi çəkisi 0,458 qram olan narkotik maddə - "heroin" və 5,527qram olan "tiryək" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

O.M.