Şirvan şəhərində avtomobil qatarla toqquşdu

Şirvan şəhərində avtomobil qatarla toqquşdu

3 Aprel 2012 14:58
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün saat 14.00 radələrində "Azenco" şirkətinə məxsus "QAZel" markalı 90 AJ 170 dövlət nömrə nişanlı avto-qaldırıcı maşın qorunmayan dəmiryolu keçidini keçərkən qatarla toqquşub. Nəticədə avtomobildə olan 3 nəfərdən ikisi - Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Qurbanəliyev Yafik Musa oğlu və Saatlı rayon sakini, 1950-ci il təvəllüdlü Niftəliyev Teyyub Əsəd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Sürücü xəsarət almayıb. Faktla bağlı Şirvan Xətt Polisində araşdırma aparılır.

O.M.