Gəncədə kütləvi dava: yaralılar var

Gəncədə kütləvi dava: yaralılar var

8 Fevral 09:55
4 306
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə şəhərində gənclər arasında xəsarətlə nəticələnən dava olub.

Hadisə axşam saatlarında mərkəzi univermağın yaxınlığında qeydə alınıb.

Hələlik bilinməyən səbəbdən gənclər arasında yaranmış mübahisə zəminində 19 yaşlı Məhəmməd Məmmədov döş qəfəsindən bıçaqlanıb. Dalaşanları ayırmağa çalışan 26 yaşlı Nemət Məmmədov da sağ qolundan bıçaq xəsarəti alıb.

Hər iki yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. N.Məmmədov xəstəxananın Travmatologiya, M.Məmmədov isə Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Oxuməni.az