Gəncə şəhərində 20 yaşlı gənc özünü asdı

Gəncə şəhərində 20 yaşlı gənc özünü asdı

3 Aprel 2012 13:16
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, şəhərin 3-cü mikrorayon yaşayış massivində intihar hadisəsi qeydə alınıb. Belə ki, 3-cü mikrorayonda 9 saylı binada yaşayan Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Yusibov Kamran Vəli oğlu yaşadığı binanın zirzəmisində özünü asıb. İntiharın səbəbi məlum deyil. Faktla əlaqədar Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

O.M.