Bakı Beynəlxalq Avtovağzalında yanğın oldu

Bakı Beynəlxalq Avtovağzalında yanğın oldu

3 Aprel 2012 12:58
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, bu gün Bakı Beynəlxalq Avtovağzalının ərazisində fəaliyyət göstərən kafedə yanğın hadisəsi baş verib. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb. Kafe 10 kv.m sahədə yanıb, xəsarət alan yoxdur. İlkin məlumata görə, yanğına qısaqapanma səbəb olub.

O.M.