Bakıda 76 yaşlı kişi boğazını kəsərək intihar etdi

Bakıda 76 yaşlı kişi boğazını kəsərək intihar etdi

3 Aprel 2012 12:39
Bəyəndim (0) Bəyənmədim (0)

Yasamal rayon Prokurorluğunun məlumatına görə, rayonun H.Zərdabi küçəsi, ev 36 ünvanında intihar hadisəsi qeydə alınıb. Həmin ünvanda yaşayan, 76 yaşlı İosif Şahmərdanov bıçaqla boğazını kəsib. Nəticədə arteriyası zədələnən İ.Şahmərdanov yerindəcə dünyasını dəyişib. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

O.M.