Azyaşlıya qarşı əxlaqsız hərəkət edən şəxs həbs edilib

Azyaşlıya qarşı əxlaqsız hərəkət edən şəxs həbs edilib

5 Fevral 2020 17:15
Bəyəndim (1) Bəyənmədim (0)

Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsidə azyaşlıya qarşı əxlaqsız hərəkət etməkdə şübhəli bilinən şəxs tərəfimizdən tutularaq cinayət məsuliyyətinə cəlb edilib.

Bu barədə Oxuməni.az-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, 1990-cı il təvəllüdlü F.Hüseynov barəsində Cinayət Məcəlləsinin 153.2-ci (əxlaqsız hərəkətlər, eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb.

Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxuməni.az