Bakıda işıq transformatoru yandı
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Bakı şəhəri, Binəqədi rayonunda işıq transformatorunun sarğıları, açarı və yaxınlıqda 20 kv.m sahədə quru ot yanıb. Transformatorun qalan hissəsi və yaxınlıqda yerləşən digər transformator yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər