Azərbaycanda 31 mart-01 aprelin kriminal xronikası

Azərbaycanda 31 mart-01 aprelin kriminal xronikası

2 Aprel 2012 15:11
Bəyəndim (0) Bəyənmədim (0)
Şənbə və bazar günləri ərzində 107 cinayət faktı qeydə alınmışdır

31.03.2012-ci il - şənbə günü ərzində 56 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 56 cinayət faktı qeydə alınmış, onların da 34-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 5 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 11 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 28 nəfər tutulmuşdur.

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi

31.03.2012

Martın 16-da saat 02.30 radələrində Mingəçevir şəhərində şəhər sakini Elxan Məhərrəmova məxsus "VAZ-2101" markalı avtomaşın qaçırılmışdır. ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşın həmin gün Yevlax rayonu ərazisində əzilmiş vəziyyətdə tapmış, avtomaşını qaçırmış Zaur Qasımov tutulmuşdur.

Şəki rayonu ərazisində yol-nəqliyyat hadisəsi

31.03.2012

Martın 31-də saat 15.00 radələrində Şəki rayonu ərazisində Balakən şəhər sakini Cəlil Əliyev "Opel" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Xəsarət almış sürücü və sərnişinləri - arvadı Səkinə və qızı Gülər xəstəxanaya yerləşdirilmişlər. C.Əliyev orada ölmüş, digərlərinin vəziyyətləri isə orta-ağırdır.

Gəncə şəhərində yol-nəqliyyat hadisələri

31.03.2012

Martın 31-də saat 20.50 radələrində Gəncə şəhərində şəhər sakini Miryasin Məmmədovun idarə etdiyi "VAZ-21063" və Şəmkir rayon sakini Elmir Əhmədovun idarə etdiyi "VAZ-21074" markalı avtomaşınlar toqquşmuşdur. Xəsarət almış E.Əhmədov və sərnişinləri İmran Məmişov, Şirin Həsənova və Samirə Məmişova, habelə M.Məmmədovun sərnişinləri Xalidə Əhmədova, Elnur Əhmədov və Fəridə Usubova xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.
Martın 31-də saat 22.00 radələrində Gəncə şəhərində şəhər sakini Rzaqulu Rzayevin idarə etdiyi "Mercedes" və Vüsal Bayramovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşdur. Xəsarət almış V.Bayramov və sərnişinləri Vüqar Ələkbərov və Fidail Əhmədov xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Maştağa qəsəbəsində yaşayan Faiq Xəlilova məxsus evdə qaz sızmasından yanğına keçən ani partlayış baş vermişdir

31.03.2012

Martın 31-də saat 17.30 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Faiq Xəlilova məxsus evdə qaz sızmasından yanğına keçən ani partlayış baş vermişdir. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, xəsarət almış ev sahibi və arvadı Sevdaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışlar.

Narkotik vasitə ilə tutulmuş Anar Qafarovun və oğurluq etdiklərinə görə tutulmuş Rasim Ramazanovun və Seyfulla Qafarovun digər cinayət əməlləri müəyyən edilmişdir

31.03.2012

2011-ci il dekabrın 28-də Bakı BPİ və Yasamal RPİ əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Anar Qafarovun və oğurluq etdiklərinə görə cari il martın 6-da Nizami (Bakı) RPİ əməkdaşları tərəfindən tutulmuş Rasim Ramazanovun və Seyfulla Qafarovun ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Şahmar Abbasovun mənzilindən 6500 manat pul və qızıl əşyaları, Mənzər Ağacanovanın mənzilindən 1 ədəd noutbuk, 2 ədəd qol saatı, 1 ədəd mobil telefon və qızıl əşyaları və Səbirə Şahbazovanın mənzilindən 6650 manat pul və qızıl əşyaları oğurlamaları da müəyyən edilmişdir.

Suraxanı rayonunun Zığ qəsəbəsində Mayıs Əzimzadənin idarə etdiyi avtomaşında yanğın baş vermişdir

31.03.2012

Martın 31-də saat 13.00 radələrində Suraxanı rayonunun Zığ qəsəbəsində Mayıs Əzimzadənin idarə etdiyi "Hyundai Tucson" markalı avtomaşında yanğın baş vermişdir. Nəticədə avtomaşın tam yanmış, yanıq xəsarəti almış M.Əzimzadə isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Seymur Hüseynova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Ağsu rayon sakini Ramilə Mövləmzadə tutulmuşdur

31.03.2012

Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da Seymur Hüseynova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Ağsu rayon sakini Ramilə Mövləmzadə tutulmuşdur.

Oğurluq etdiyinə görə tutulmuş Ruslan Dadaşovun torpağa basdırdığı odlu silah və vasitələri aşkar edilərək götürülmüşdür

31.03.2012

Oğurluq etdiyinə görə martın 22-də Qaradağ RPİ 11-ci PB əməkdaşları tərəfindən tutulmuş Ruslan Dadaşovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Ələt qəsəbəsində torpağa basdırdığı 1 ədəd "Mauzer" tipli, 1 ədəd qaz, 1 ədəd idman tapançaları və 6 ədəd patron aşkar edilərək götürülmüşdür.

Oğurluq etməkdə şübhəli bilinən Siyəzən rayon sakini Gülmurad Muradov tutulmuşdur

31.03.2012

Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 12-də Rəfiqə Əliyevanın çantasından 13 manat pul oğurlamış Siyəzən rayon sakini Gülmurad Muradov tutulmuşdur.

Sumqayıt şəhər sakini Fəridə Cəfərova və Lökbatan qəsəbə sakini Əlibala Məmmədov dəm qazından zəhərlənərək ölmüşlər

31.03.2012

Martın 31-də Sumqayıt şəhər sakini Fəridə Cəfərova dəm qazından zəhərlənərək ölmüşdür.
Martın 31-də Qaradağ rayonunun Lökbatan qəsəbə sakini Əlibala Məmmədov evində dəm qazından zəhərlənərək ölmüşdür.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

31.03.2012

Martın 31-də Sumqayıt şəhər sakini Nigar Musayeva, Nurəddin Siracov, Zaur Xıdırlı, Abşeron rayon sakini Elman Əkbərov öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Lənkəran rayonunun İstisu qəsəbə sakinləri Əhməd Hüseynov və Rəşad Ağayev su kanalına yıxılaraq boğulmuşla

31.03.2012

Martın 31-də Lənkəran rayonunun İstisu qəsəbəsi ərazisində qəsəbə sakinləri Əhməd Hüseynov və Rəşad Ağayev su kanalına yıxılaraq boğulmuşlar. Ə.Hüseynovun və R.Ağayevin meyitləri sudan çıxarılmışdır.

Abşeron rayonunun Güzdək qəsəbəsində yol-nəqliyyat hadisəsi

31.03.2012

Martın 31-də Abşeron rayonunun Güzdək qəsəbəsində qəsəbə sakini Cəbrayıl Cəbrayılova məxsus "QAZ-330218" markalı avtomaşının arxaya sürüşməsi nəticəsində oğlu 7 yaşlı Natiq təkərin altında qalaraq ölmüşdür.

01.04.2012-ci il - bazar günü ərzində 51 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 51 cinayət faktı qeydə alınmış, onların da 22-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 6 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 2 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər yaralanmışdır.

1 partlayış hadisəsi qeydə alınmışdır ki, nəticədə 5 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 27 nəfər tutulmuşdur.

Qonşusu Elçin Şıxəliyevi qətlə yetirmiş Ucar şəhər sakini Mirağa Niftəliyev könüllü olaraq təslim olmuşdur

01.04.2012

Aprelin 1-də saat 17.00 radələrində Ucar şəhəri ərazisində şəhər sakini Mirağa Niftəliyev münaqişə zəminində ov tüfəngindən atəş açaraq qonşusu Elçin Şıxəliyevi qətlə yetirmişdir. M.Niftəliyev könüllü olaraq Ucar RPŞ-yə gəlmiş və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil vermişdir.

Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

01.04.2012

Aprelin 1-də saat 03.45 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomaşınla qəsəbə sakini Şamil Xəlilov vurulmuşdur. Nəticədə xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Biləsuvar rayon sakini Adil Miriliyə məxsus evdə yanğın baş vermişdir

01.04.2012

Aprelin 1-də saat 08.20 radələrində Biləsuvar rayonunun Köhnə Ağalıkənd kəndi ərazisində, rayon sakini Adil Miriliyə məxsus evdə yanğın baş vermişdir. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanıq xəsarəti almış Biləsuvar rayon sakini Seyfulla Muradov və iki azyaşlı uşaqları xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.

Oğurluğa cəhd göstərmiş Ağdam rayon sakini Rüstəm Hacıyev və Bakı şəhər sakini Rəsul Əliyev tutulmuşlar

01.04.2012

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin mart ayının 31-də Zığ Quru Yük Limanında Xəzər Dəniz Gəmiçiliyinə məxsus "Şollar" gəmisindən, hər birinin həcimi 200 litr olan 47 ədəd çəlləklərə doldurulmuş sürtgü yağını yük avtomaşınlarına yükləyib oğurlamağa cəhd göstərmiş Ağdam rayon sakini Rüstəm Hacıyev və Bakı şəhər sakini Rəsul Əliyev tutulmuşlar.

Avtomaşını qaçırmış Cəlilabad rayon sakinləri Sarvan Muradov və Namiq Niftullayev tutulmuşlar

01.04.2012

Suraxanı RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 8-də Yusif Mirzəyevə məxsus "VAZ-2107" markalı avtomaşını qaçırmış Cəlilabad rayon sakinləri Sarvan Muradov və Namiq Niftullayev tutulmuşlar.

Avtomaşın qaçırmış Murad Quliyev tutulmuşdur

01.04.2012

Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisindəki avtoservislərin birindən "Mercedes" markalı avtomaşını qaçırmış Murad Quliyev tutulmuşdur.

İlahə Nuriyevaya və onun anası Gülşənə xəsarət yetirib hadisə yerindən qaçmış Tural İbrahimov və Şamil Həmidov tutulmuşlar

01.04.2012

Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 31-də İlahə Nuriyevaya və onun anası Gülşənə xəsarət yetirib hadisə yerindən qaçmış Tural İbrahimov və Şamil Həmidov tutulmuşlar. Araşdırmalar zamanı T.İbrahimovun hadisə yerində olan İlahənin bacısı Nuranəyə və onun əri Elnur Mehfalıyevə də küt alətlə xəsarət yetirməsi müəyyən edilmişdir.

Oğurluq etməkdə şübhəli bilinən Ağcabədi rayon sakini Nahid Kərimov tutulmuşdur

01.04.2012

Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 31-də Vüqar Paşayevə məxsus mağazadan 200 dollar və 5270 manat pul oğurlamış rayon sakini Nahid Kərimov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari ilin yanvar və fevral ayları ərzində rayon sakinləri Yalçın Mustafayevə məxsus mağazadan 30 manat pul və tütün məmulatı, Vüqar Haqverdiyevə məxsus mağazadan isə tütün məmulatı oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Tofiq Bayramov tutulmuşdur

01.04.2012

Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də Tofiq Rəhimlinin evindən 2 ədəd su qızdırıcısı, 16 ədəd istilik radiatoru, 1 ədəd su mühərriki, 40 metr uzunluğunda elektrik naqili və 120 metr uzunluğunda rabitə kabelini oğurlamış Gəncə şəhər sakini Tofiq Bayramov tutulmuşdur.

"Polat Yol Yapı" şirkətinə məxsus istehsalat sahəsinin mətbəxində maye qaz balonundan qazın sızmasından yanğına keçən partlayış baş vermişdir

01.04.2012

Aprelin 1-də saat 16.10 radələrində Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisində "Polat Yol Yapı" şirkətinə məxsus istehsalat sahəsinin mətbəxində maye qaz balonundan qazın sızmasından yanğına keçən partlayış baş vermişdir. Nəticədə oradakı əşyalar yanmış, yanıq xəsarəti almış orada işləyənlər - Gülər Əli, Gülşən Mahmudova, Sevil Quliyeva, Məryəm Nəsirova və Samir Həsənov xəstəxanaya yerləşdirilmişlər.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Şirvan şəhər sakini Eldar Dərgahov tutulmuşdur

01.04.2012

DİN Baş Dövlət Yol Polisi İdarəsi və Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da Türkiyə vətəndaşı Çeyik Alirzanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş "VAZ-21074" markalı avtomaşının sürücüsü Şirvan şəhər sakini Eldar Dərgahov tutulmuşdur.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

01.04.2012

Aprelin 1-də Sumqayıt şəhər sakini Tamaşa Məmmədova və Gəncə şəhər sakini Rəfiqə Nuriyeva öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

O.M.