Qatilin polis əmisi oğlunun iddiaları absurddur

Qatilin polis əmisi oğlunun iddiaları absurddur

31 Yanvar 14:55
3 376
Bəyəndim (0) Bəyənmədim (0)

Cinayətdə şübhəli bilinən şəxsin qohumlarının hansı vəzifə tutması heç nəyi dəyişə bilməz. Qanun qarşısında hamı bərabərdir - şübhəli qismində saxlanılan İlkin Süleymanovun əmisi oğlu Murad Süleymanov da o cümlədən.

Bu sözləri Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov 10 yaşlı Nərminin qətlində şübhəli bilinən İlkin Süleymanovun polis əməkdaşı olan əmisi oğlu Murad Süleymanovun istefa ərizəsi yazması və bəzi iddialarına münasibət bildirərkən deyib.

E.Zahidov bildirib ki, ağır cinayətdə şübhəli bilinən şəxsin əmisi oğlunun kimliyinin, onun istefasının bu məsələyə heç bir aidiyyəti yoxdur:

“Polis əməkdaşı olan Murad Süleymanovun əmisi oğlu cinayətdə şübhəli bilinir. Murad Süleymanovun sözündən belə çıxır ki, o, polis əməkdaşı olduğuna görə cinayətdə şübhəli bilinən əmisi oğluna güzəşt olunmalı idi.

Cinayətdə şübhəli bilinən şəxsin qohumlarının hansı vəzifə tutması heç nəyi dəyişmir. O, polis serjantıdır, ərizə yaza da bilər. Əgər özü açıqlama verirsə ki, işdən çıxmaq üçün ərizəmi yazıb təqdim etmişəm, əlbəttə, buna baxılacaq.

Ancaq bildirirsə ki, o, polis işləyə-işləyə onun əmisi oğluna hörmət qoyulmadı, özünü isə guya şərləməyə çalışdılar, bu, olduqca absurd səslənir”.

Qeyd edək ki, M.Süleymanov ötən gün daxili işlər orqanlarından xaric olmaq üçün müraciət etdiyini bildirib.

Oxuməni.az