Salvador Dalinin əsərləri oğurlanıb-Video

Salvador Dalinin əsərləri oğurlanıb-Video

31 Yanvar 13:08
3 246
Bəyəndim (0) Bəyənmədim (1)

Stokholmdakı "Kuler" özəl qalereyasından rəssam Salvador Dalinin əl işlərindən on bürünc heykəl oğurlanıb.

Oxuməni.az-ın Euronews-ə istinadən verdiyi məlumata görə, polis hadisə yerinə siqnalizasiyanın işə düşməsindən sonra gəlib. Lakin cinayətkarlar polis gələnə kimi avtomobillə aradan çıxa biliblər. Qalereya sahibinin sözlərinə görə, oğurlanan əşyaların dəyəri milyonlarla kron qiymətləndirilir.

Qalereyanın sahibi olan Peder Enstrem deyib "Oğurlanmış əşyaların hər birinin qiyməti iyirmi min avrodan əlli min avroya qədər dəyişir. Heykəllər hələ sertifikatlara malik deyildi, buna görə onları satmaq çox çətin olacaq".

Güman ki, qalereyada ən azı iki cinayətkar olub. Oğurlanmış eksponatlar arasında Salvador Dalinin məşhur əl işi olan bürünc saatlar da var. Polis tərəfindən hadisənin araşdırılmasına başlayıb.

Oxuməni.az