Hacıqabulda baş verən yanğında 4 nəfər xəsarət aldı

Hacıqabulda baş verən yanğında 4 nəfər xəsarət aldı

2 Aprel 2012 14:46
Bəyəndim (0) Bəyənmədim (0)

Hacıqabul rayonu, Padar qəsəbəsində (rayon mərkəzindən 40 km aralı) inşaat şirkətinə məxsus ümumi sahəsi 240 kv.m olan birmərtəbəli yeməkxana binasının yanar konstruksiyaları yanıb. Bu zaman yeməkxananın 4 nəfər işçisi xəsarət alıb. Yanğın saat 17:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Mətbəx və anbar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. İlkin ehtimala görə, yanğına propan qaz balonunun partlaması səbəb olub. Faktla bağlı araşdırma aparılır.

O.M.