Bakıda 5 mənzilli ikimərtəbəli yaşayış binasında yanğın oldu

Bakıda 5 mənzilli ikimərtəbəli yaşayış binasında yanğın oldu

2 Aprel 2012 14:31
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, bu gün Bakı şəhəri, Yasamal rayonunda hər mərtəbəsi 196 kv.m olan ikimərtəbəli beşmənzilli yaşayış binasının 2-ci mərtəbəsində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 55 kv.m olan ikiotaqlı mənzildə tavan 34 kv.m sahədə, ümumi sahəsi 35 kv.m olan ikiotaqlı mənzilin yanar konstruksiyaları 24 kv.m sahədə, ümumi sahəsi 60 kv.m olan ikiotaqlı mənzildə tavan 16 kv.m sahədə, habelə binanın dam örtüyünün yanar konstruksiyaları 160 kv.m sahədə yanıb. Yanğın saat 10:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Mənzillərin qalan hissəsi, qonşu mənzillər və yaxınlıqdakı evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.

O.M.