Masazırda 8 sinif şagirdi intihar etdi

Masazırda 8 sinif şagirdi intihar etdi

2 Aprel 2012 13:20
Bəyəndim (0) Bəyənmədim (0)

Abşeron Rayon Polis Şöbəsindən verilən məlumata görə, martın 31-də Masazır qəsəbəsində intihar hadisəsi qeydə alınıb. Qəsəbə sakini, 14 yaşlı Ədalət Bəhruz oğlu Rəsulov yaşadığı ünvanda özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri barədə məlumat verilmir. Ə.Rəsulov orta məktəbin 8-ci sinif şagirdi olub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

O.M.