Mərdəkanda 2 saylı internat məktəbi yandı

Mərdəkanda 2 saylı internat məktəbi yandı

2 Aprel 2012 12:01
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, bu gün səhər saat 10.00 radələrində Mərdəkan qəsəbəsində yerləşən 2 saylı internat məktəbində yanğın hadisəsi qeydə alınıb. Taxta konstruksiyalardan ibarət məktəb binasının söndürülməsinə 5 yanğınsöndürən maşın cəlb edilib. Məktəbdə olan müəllim və şagirdlər evakuasiya edilib. Yanğınsöndürənlərin həyata keçirdiyi tədbirlər nəticəsində yanğın söndürülüb. Xəsarət alan yoxdur.

O.M.