Bakıda yaşayış evində partlayış baş verdi

Bakıda yaşayış evində partlayış baş verdi

2 Aprel 2012 10:08
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan 1 mərtəbəli 5 otaqlı evdə partlayış baş verib. Nəticədə, evin konstruktiv elementləri deformasiyaya uğrayıb, yanğın hadisəsi olmayıb. Partlayış zamanı ev sahibi və onun həyat yoldaşı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə təcili yardım tərəfindən Yanıq Mərkəzinə aparılıblar. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

O.M.