Gürcüstanda deputatı möhkəm əzişdirdilər+VİDEO

Gürcüstanda deputatı möhkəm əzişdirdilər+VİDEO

24 Yanvar 2020 16:50
Bəyəndim (0) Bəyənmədim (0)

Tbilisidə Sakrebuloda (şəhər toplantısı) dava baş verib, nəticədə, deputatlardan biri döyülüb.

Oxuməni.az-ın verdiyi xəbərə görə bu barədə “Sputnik” xəbər yayıb.

Qeyd olunur ki, əvvəlcə VMH (Vahid Milli Hərəkat) üzvü Levan Xabeişvili ilə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından olan deputatlar arasında mübahisə baş verib.

İqtidardan olan Taras Şurqaiya korrupsiya barədə danışığına görə Xabeyişvilini təhqir edib, buna görə də cavabını alıb.

Bundan sonra hakim partiyadan olan deputatlar Xabeyişvilini yerə yıxıblar və döyməyə başlayıblar.

Məhkəmə icraçıları və digər müavinlər onları ayırıb. Müxalifətçi deputatın gözünün altı qaralıb və alnı partlayıb.

Bundan əvvəl, Xabeyişvili Sakrebulo xadimələrinin az maaş almasına görə sərt çıxış etmişdi. Onun fikrincə, şöbədə korrupsiya geniş yayılıb, məmurlar özlərinə mükafat və maaşlarına əlavələr yazırlar.

“Onların hirslənməsinin səbəbi televiziya kanallarının birinin efirində Sakrebuloda olan xadimələrin vəziyyəti barədə danışmağa cəsarət etməyim və siyasi bəyanat verməyim olub”,- deyə Xabeyişvili davadan sonra bildirib.

Hakim partiyanın deputatları baş verənləri şərh etməyiblər.

Oxuməni.az