Qarabağ Azadlıq Təşkilatının (QAT) sədrinin sürücüsü "avtoş" imiş

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədrinin sürücüsü "avtoş" imiş

30 Mart 2012 19:00
Bəyəndim (0) Bəyənmədim (0)

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının sürücüsü İlqar Abdullayev saxlanılıb. QAT sədri Akif Nağının verdiyi məlumata görə, İ.Abdullayev təşkilatın Binəqədi rayonu, VI mikrorayonda yerləşən ofisinin qarşısında tutularaq rayon polis idarəsinə aparılıb. Ona qarşı avtoxuliqanlıq ittihamı irəli sürülüb. Binəqədi rayon Məhkəməsi İ.Abdullayev barəsində 10 sutka müddətinə inzibati qaydada həbs cəzası təyin edib.

O.M.