Ali Məhkəmənin işlər idarəsinin müdir müavininin evi qarət olundu

Ali Məhkəmənin işlər idarəsinin müdir müavininin evi qarət olundu

30 Mart 2012 17:58
Bəyəndim (0) Bəyənmədim (0)

Xətai Rayon Polis İdarəsinin məlumatına görə, ötən gecə Xətai rayonu, Məhəmməd Hadi küçəsi 24/38, mənzil 18 ünvanında qarət hadisəsi qeydə alınıb. Həmin mənzilə daxil olan naməlum şəxslər evdən 1300 ABŞ dolları, 300 AZN və qızıl-zinət əşyaları götürüblər. Hadisə barədə ev sahibi Mahir Həsənov bu gün polisə məlumat verib. Polis baş vermiş hadisə ilə bağlı araşdırmalara başlayıb.

Polisdən həmçinin bildirilib ki, evi qarət olunan M.Həsənov Ali Məhkəmədə işlər idarəsinin müdir müavinidir.

O.M.