Avtomobillə qarşısını kəsib güllələdilər:Şok hadisə

Avtomobillə qarşısını kəsib güllələdilər:Şok hadisə

21 Yanvar 2020 16:31
Bəyəndim (0) Bəyənmədim (9)

Yanvarın 20-də 1995-ci il təvəllüdlü Ziyad Mirzəyevin odlu silahdan açılmış atəş nəticəsində xəsarət alaraq xəstəxanaya daxil olması barədə daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib ki, aparılmış araşdırmalar zamanı 1996-cı il təvəllüdlü Elsevər Quliyevin yanvarın 20-i saat 18 radələrində Mingəçevir şəhəri ərazisində idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə VAZ 2107 markalı avtomobilin qarşısını kəsdiyi məlum olub. O, avtomobildən düşərək əlindəki odlu silahdan VAZ 2107-nin sərnişini Ziyad Mirzəyevə atəş açaraq onu ağır yaralayıb.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin olunmuş, eləcə də əməliyyat tapşırıqları və müvafiq sorğular verilmişdir.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində E.Quliyev şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Oxuməni.az