Musiqiçiləri yandırıb, yük maşınına yığdılar

Musiqiçiləri yandırıb, yük maşınına yığdılar

19 Yanvar 08:35
4 827
Bəyəndim (1) Bəyənmədim (0)

Yolun kənarında dərəyə atılmış yük maşınından 10 nəfərin yanmış meyiti tapılıb. Hadisə Meksikanın cənub-qərbindəki Çilapa de Alvarez bölgəsində qeydə alınıb.

Oxumeni.az xəbər verir ki, bu barədə "Televisia" region prokurorluğuna istinadən xəbər yayıb.

Bildirilir ki, qurbanlar yerli "Sensation" musiqi qrupunun heyəti olub.

Hadisə ilə əlaqədar istintaqa başlanılıb. İlkin məlumatlara görə, musiqiçilər Tlayelpan kəndindən konsertdən qayıdırmışlar.

Qətlin motivləri hələlik bəlli deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az