Tokionun Şincuku rayonunda restorana hücum olub

Tokionun Şincuku rayonunda restorana hücum olub

18 Yanvar 2020 10:38
Bəyəndim (1) Bəyənmədim (0)

Yanvarın 18-də səhər saatlarında dörd nəfərdən ibarət qrup Tokionun əsas əyləncə rayonu Şincukuda restorana bıçaqla hücum edərək oradakı əməkdaşları yaralayıblar.

Oxumeni.az xəbər verir ki, hazırda polis həmin cinayətkarların axtarışına başlayıb. Bildirilir ki, həmin gün yerli vaxtla səhər saat 6:30-da məşhur Kabukiço ərazisindəki restorana daxil olan dörd nəfər əvvəlcə şikayət edərək, məsul şəxsin çağırılmasını tələb ediblər. Sonra əməkdaşlara hücum edən cinayətkarlar onları yaralayaraq hadisə yerindən qaçıblar. Xidmətçilərdən birinin ağır yaralandığı qeyd edilir. Həmin vaxt restoranda olan doqquz müştəridən heç biri xəsarət almayıb.

Cinayətkarların qara və boz geyimlərdə olduqları, üçünün maska taxdığı da qeyd edilir.

Hazırda paytaxt polisi həmin şəxsləri axtarır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az