Tərtərdə Milli Ordunun əsgəri yoldaşını öldürdükdən sonra intihar etdi

Tərtərdə Milli Ordunun əsgəri yoldaşını öldürdükdən sonra intihar etdi

30 Mart 2012 10:38
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 29-da axşam saatlarında Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən N saylı hərbi hissəsində ölümlə nəticələnən cinayət hadisəsi baş verib. Əsgər Abbasov Məmməd Abbas oğlu mübahisə zəminində avtomat silahdan atəş açaraq əsgər Həsənov Emil Qılman oğlunu qətlə yetirib, sonra isə özünü öldürüb. Silah avtomatik rejimdə olduğundan yaxınlıqdakı iki əsgər yaralanıb. Onların vəziyyəti kafidir. Hadisə zamanı yaralanan əsgərlər - 19 yaşlı Teymur Təmirov və 20 yaşlı Babək İbişovdur. T.Təmirov Bakının Nizami, B.İbişov isə İmişli Rayon Hərbi Komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıb. Baş vermiş silahlı insident zamanı dünyasını dəyişən əsgər Emil Həsənov Lənkəran, Məmməd Abbasov isə Bakının Nəsimi Rayon Hərbi komissarlıqlarından xidmətə çağırılıblar.

Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
O.M.