Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşı yol qəzasında həlak oldu

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşı yol qəzasında həlak oldu

30 Mart 2012 09:59
Bəyəndim (0) Bəyənmədim (0)

Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, ötən gecə Bakı şəhəri, Qaradağ rayonunda "BMW" markalı minik avtomobili "Mercedes" markalı mikroavtobusla toqquşub. Nəticədə, "BMW" markalı minik avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Hümbətov Orxan Elman oğlu dünyasını dəyişib. Mərhum Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşı olub.

O.M.