Həmkəndlisinə qarşi xuliqanlıq edən şəxs saxlanıldı

Həmkəndlisinə qarşi xuliqanlıq edən şəxs saxlanıldı

15 Yanvar 2020 12:55
Bəyəndim (1) Bəyənmədim (0)

Qubada həmkəndlisinə qarşı xuliqanlıq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Oxumeni.az-ın bölgə müxbirinə verilən məlumata görə, rayonun Birinci Nügədi kəndinin sakini Nəbi Şərifovun kəsilmiş-deşilmiş bədən xəsarəti diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində xuliqanlıq hərəkətləri zəminində zərərçəkənə xəsarət yetirdikdən sonra gizlənən kənd sakini, 55 yaşlı Rauf Muradov gecə saatlarında saxlanılıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, Nəbi Şərifova bıçaqla xəsarət yetirdiyini bildirib. Hadisə zamanı istifadə edilmiş bıçaq maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır