Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdi

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdi

29 Mart 2012 10:51
Bəyəndim (0) Bəyənmədim (0)

Kürdəmir RPİ-nin məlumatına görə, bu gün saat 00.45 radələrində Kürdəmir rayonu ərazisində Şirvan şəhər sakini İbad Zeynalovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınla, Türkiyə vətəndaşı Yusif Şahinin idarə etdiyi "DAF" markalı yük avtomaşını toqquşub. Nəticədə İ.Zeynalov və sərnişinlərindən Püstə İsmayılova, Rəhilə Xəlilova hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinlər Vəsilə Zeynalova və Tahir İsmayılov isə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

O.M.