Meksikada içərisinə insan bədəninin hissələri doldurulmuş 26 kisə tapılıb

Meksikada içərisinə insan bədəninin hissələri doldurulmuş 26 kisə tapılıb

10 Yanvar 2020 13:16
Bəyəndim (2) Bəyənmədim (0)

Bu həftə Meksikanın Xalisko ştatında içərisində bədən hissələri olan 26 plastik paket aşkar edilib. Ştatın kriminalist-ekspertləri həmin paketlərdə neçə insanın bədən hissələri olduğunu müəyyən etməyə çalışırlar.

Oxumeni.az Xalisko ştatının baş prokurorluğunun bu dəhşətli tapıntı barədə bəyanatına istinadla xəbər verir ki, içərisində bədən hissələri olan ilk 14 kisə yanvarın 7-də Qvadalaxar ştatının yaxınlığında Tonala bələdiyyəsinin ərazisində aşkar edilib. Ertəsi gün polis nümayəndələri həmin əraziyə qayıdanda oradan daha 12 kisə tapıblar.

Bədən hissələri tanınmaq üçün Dövlət Kriminalistika İnstitutuna təqdim edilib.

Son illərdə Xalisko ştatında narkokartelin mövqeləri möhkəmləndiyinə görə regionda zorakılıq, insanların oğurlanması və yoxa çıxması faktları çoxalıb. Hakimiyyət orqanları bildiriblər ki, bu cinayətin qurbanlarının öldürülməsinə və doğranmasına görə kimin cavabdeh olduğu hələ müəyyən edilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az