Azərbaycanda 27 martın kriminal xronikası

Azərbaycanda 27 martın kriminal xronikası

28 Mart 2012 11:34
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 44 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 44 cinayət faktı qeydə alınmış, onların da 43-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 2 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 49 nəfər tutulmuşdur.

Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi

27.03.2012

Martın 27-də saat 17.00 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Mais Məhərrəmov "Nissan" markalı avtomaşını idarə edərkən onu yolun kənarında saxlanılmış "KamAZ" markalı avtomaşına vurmuşdur. Nəticədə xəsarət almış hadisə yerinin yaxınlığında olan "KamAZ" markalı avtomaşının sürücüsü Bakı şəhər sakini Aleksandr İlyiçev və M.Məhərrəmovun sərnişini Azad Bayramov xəstəxanaya aparılarkən yolda ölmüşlər.

Beyləqan rayonu ərazisində yol-nəqliyyat hadisəsi

27.03.2012

Martın 27-də saat 11.30 radələrində Beyləqan rayonu ərazisində rayon sakini Varis Bayramovun idarə etdiyi "VAZ-21154" markalı avtomaşınla Şəfəq qəsəbə sakini Eyvaz Cabbarovun idarə etdiyi "İJ" markalı motosiklet toqquşmuşdur. Nəticədə E.Cabbarov hadisə yerində ölmüşdür.

Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

27.03.2012

Martın 27-də saat 20.35 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Naidə Hüseynova vurulmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi

27.03.2012

Martın 27-də saat 20.00 radələrində Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Əli Abdullayev vurulmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Axtarışda olan Miryusif Əliyev tutulmuşdur

27.03.2012

Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120, 182, 217 və 228-ci maddələri ilə axtarışda olan Miryusif Əliyev tutulmuşdur.

Oğurluq etmiş Abşeron rayon sakini Zamiq Muradov tutulmuşdur

27.03.2012

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də Səlimə İsmayılovanın evindən oğurluq etmiş Abşeron rayon sakini Zamiq Muradov tutulmuşdur.

Quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Yəhya İsmayılov tutulmuşdur

27.03.2012

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 20-də Əli Ələkbərovun evinə aldatma yolu ilə girib, ona və oğlu Surətə bıçaqla xəsarət yetirib oradan 1400 manat pul aparmış Bakı şəhər sakini Yəhya İsmayılov tutulmuşdur.

Sabirabad rayon sakini Rahil Baxşəliyevin idarə etdiyi avtomaşına baxış zamanı oradan 2,109 kq heroin aşkar edilərək götürülmüşdür

27.03.2012

Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini Rahil Baxşəliyevin idarə etdiyi "VAZ-21015" markalı avtomaşına baxış zamanı oradan 2 kiloqram 109 qram heroin aşkar edilərək götürülmüşdür.

Bakı şəhər sakini Yuriy Tereşkovdan 1,535 kq marixuana götürülmüşdür

27.03.2012

Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yuriy Tereşkovdan 1 kiloqram 535 qram marixuana götürülmüşdür.

Oğurluq etməkdə şübhəli bilinən Köhnə Corat qəsəbə sakini Xandadaş Məmmədov tutulmuşdur

27.03.2012

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Emin Sərxanovun, Musa Allahverdiyevin, Qabil Mehdiyevin, Xalid Məmmədovun, Vüsal Əsgərovun və Gülbahar İsayevanın evlərindən məişət əşyaları və tikinti materialları oğurlamış Köhnə Corat qəsəbə sakini Xandadaş Məmmədov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun həmyerlisi Ramin İsayev ilə birgə, martın 25-nə keçən gecə Vəfadar Bəhlulovun evindən elektrik avadanlıqları oğurlamaları da müəyyən edilmiş və o, tutulmuşdur.

İlham Lətifova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Baş Şabalıd kənd sakini Elmar Sədiyev tutulmuşdur

27.03.2012

Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da İlham Lətifova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Baş Şabalıd kənd sakini Elmar Sədiyev tutulmuşdur.

Asif Ələkbərova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Şirvan şəhər sakini Rafiq Nəciyev tutulmuşdur

27.03.2012

Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da Asif Ələkbərova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Şirvan şəhər sakini Rafiq Nəciyev tutulmuşdur.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

27.03.2012

Martın 27-də Sumqayıt şəhər sakini Səbinə Talıyeva, Abşeron rayon sakinləri Nərgiz Soltanova, Fatimə Sultanova və İlahə Hüseynova öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Yevlax şəhər sakini Ruslan Gülməmmədov elektrik cərəyanı vurması nəticəsində ölmüşdür

27.03.2012

Martın 27-də Yevlax şəhəri ərazisində şəhər sakini Ruslan Gülməmmədov elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

O.M.