Sabirabad rayonunda ölümlə nəticələnən yanğın baş verdi
Sabirabad Rayon Polis İdarəsinin məlumatına görə, bu gün saat 04:15 radələrində Sabirabad rayonunun Qaraqaşlı kəndində kənd sakini Abdulkərim Murtuzayevə məxsus evdə yanğın baş verib. Nəticədə, bütövlükdə evin yanar konstruksiyaları yanıb, yanğın söndürüldükdən sonra ev sahibinin oğlu - Valehin və 3 azyaşlı nəvələrinin yanmış meyitləri tapılıb. A.Murtuzayev və gəlini Emiliya isə yanıq xəsarətləri alıblar. Şahidlərin sözlərinə görə, yanğına səbəb neft lampası olub.
Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər
































































.jpg)
.jpg)
.jpg)






















