Azərbaycan Yazıçılar Birliyinin qətlə yetirilmiş üzvünün qızı intihar etdi

Azərbaycan Yazıçılar Birliyinin qətlə yetirilmiş üzvünün qızı intihar etdi

28 Mart 2012 10:07
Bəyəndim (0) Bəyənmədim (0)

Xaçmazda fəaliyyət göstərən "Arzu" Ticarət Mərkəzinin qətlə yetirilən sahibi, 73 yaşlı Nəcimə Babayevanın qızı intihar edib. Bu barədə mərhumun qohumları məlumat yayıblar. Onların sözlərinə görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. 49 yaşlı Təranə Həbibova Xaçmazda bacısının evində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə, 73 yaşlı Nəcimə Babayeva 2010-cu ildə Xaçmaz rayonunun Muskal küçəsi, 15 ünvanında yerləşən şəxsi üçmərtəbəli mənzilinin birinci mərtəbəsində naməlum şəxs və ya şəxslər tərəfindən küt alətlə vurularaq qətlə yetirib. Hadisəni törədənlər bu günədək tutulmayıb.

O.M.