Göygöl rayonunda oğulun yandırdığı ev atanı qatilə çevirib

Göygöl rayonunda oğulun yandırdığı ev atanı qatilə çevirib

1 Yanvar 2020 19:47
Bəyəndim (1) Bəyənmədim (0)

Göygöl rayonunun Nadil kəndində ümumi sahəsi 176 kvadratmetr olan birmərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar 90 kvadratmetr sahədə, dam örtüyü və evin yaxınlığında 100 p.m çəpər yanıb.

Oxumeni.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, bu gün Göygöl rayonunun Nadil kəndində 1950-ci il təvəllüdlü Bayramov Yaşar Qəmbər oğlu 1978-ci il təvəllüdlü Mahir Bayramovu qətlə yetirib. İlkin məlumata əsasən, ata ilə oğul arasında uzun müddət ev problemi olub. Hadisə də 41 yaşlı oğulun mübahisəyə səbəb olan evi yandırmasından sonra baş verib. Övladının bu əməlinə əsəbiləşən ata onu ov tüfəngi ilə qətlə yetirib.

Qətli törədən Yaşar Bayramov saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az