Moskva ətrafında xəz-dəri mağazasını qarət etmiş azərbaycanlılar tutuldular

Moskva ətrafında xəz-dəri mağazasını qarət etmiş azərbaycanlılar tutuldular

24 Mart 2012 13:49
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya paytaxtının yaxınlığında yerləşən "Serqiyev Posad" bazarında oğurluq hadisəsi baş verib. Novruz bayramının ilk günü, yəni 20 mart tarixində 2 nəfər azərbaycanlı xəz-dəri mağazasına girərək oradakı malları sahibinin gözü qarşısında qarət edib. Lifenews.ru-nun məlumatına görə, çərşənbə axşamı günü yerli vaxtla saat 12:00 radələrində 2 naməlum şəxs bazarda yerləşən xəz-dəri mağazasına daxil olaraq, 54 yaşlı sahibənin əl-qolunu bağlayıb. Daha sonra dəyəri 2 milyon rubl (təxminən 53 600 manat) həcmində ölçülən 26 xəz-dəri məhsulunu oğurlayıblar. Şahidlərin ifadələrinə əsasən onların hadisə yerindən uzaqlaşdıqları avtomobilin dövlət nömrə nişanı barədə yol polislərinə məlumat verilib. Bir neçə saatdan sonra cinayətkarlar tutulublar. Adları istintaqa bəlli olan şəxslər 45 və 24 yaşlı Azərbaycan vətəndaşlarıdır.

O.M.