Gürcüstandan Azərbaycana gələn yük qatarı relsdən çıxdı

Gürcüstandan Azərbaycana gələn yük qatarı relsdən çıxdı

24 Mart 2012 11:03
631
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, Gürcüstandan Səngəçala gələn yük qatarının 3 ədəd boş vaqonu Kürəkçay-Goran yolunun 216-cı kilometrində relsdən çıxıb. Saat 21.40-da baş verən hadisə nəticəsində sərnişin və yük qatarının hərəkətində qismən fasilələr yaranıb. Hazırda qatarların hərəkəti bir yolla tənzimlənir, Bakıya gələn istiqamətdə ikinci yolun bərpası davam etdirilir. Hadisə nəticəsində xəsarət alan olmayıb.

O.M.