Şəmkirdə ölümlə nəticələnən avtomobil qəzası baş verdi

Şəmkirdə ölümlə nəticələnən avtomobil qəzası baş verdi

24 Mart 2012 10:34
610
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi məlumata görə, Şəmkir rayonu, Yeniabad kəndində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili ilə "OKA" markalı maşın toqquşub. "OKA"-nın sürücüsü, 1969-cu il təvəllüdlü Mahir Qəhrəman oğlu Qasımov və sərnişini - 1957-ci il təvəllüdlü Maarif Rəşid oğlu Babayev hadisə yerində keçiniblər.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə M.Qasımov və M.Babayevin cəsədlərini nəqliyyat vasitəsindən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

O.M.