Göyçayda 13 yaşlı məktəbli özünü asdı

Göyçayda 13 yaşlı məktəbli özünü asdı

23 Mart 2012 19:22
Bəyəndim (0) Bəyənmədim (0)

Göyçay Rayon Prokurorluğundan verilən məlumata görə, bu gün saat 16:00 radələrində Göyçay şəhərinin Natəvan küçəsindəki 48 saylı mənzildə intihar hadisəsi qeydə alınıb. Göyçay şəhər 7 saylı orta məktəbin 7-ci sinif şagirdi, 1999-cu il təvəllüdlü Məmmədov Kənan Aslan oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. K.Məmmədovun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

O.M.