Evinə ayaqqabılı girən qonağı öldürdü

Evinə ayaqqabılı girən qonağı öldürdü

22 Aprel 2011 12:44
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvanın cənub şərqində yerləşən Ryazan şəhərində bir adam evinə dəvət etdiyi şəxsi içəri ayaqqabı ilə girdiyi üçün öldürüb. 34 yaşlı adam sərxoş ev sahibinin "ayaqqabılı olmaz" təkidi qarşısında əsəbiləşib və onunla mübahisə etməyə başlayıb. Sərxoş ev sahibi qonağın başına 16 kiloluq qantellə bir neçə dəfə vuraraq onu qətlə yetirib. Polisin verdiyi məlumata görə, ev sahibi öldürdüyü qonağın cəsədini bir həftə soyuducuda saxlayıb. Sonra boş bir əraziyə atmağa apararkən polislər tərəfindən tutulub.


Rəsmi qaynaqlara görə, hər il Rusiyada 1.5 milyon insan spirtli içki ucbatından ya həyatına qəsd edir, ya da cinayət törədir.


Buna oxşar hadisə fevral ayında da baş vermişdi. Belə ki, iki sərxoşun boksçu "Mayk Taysonmu, yoxsa Kliçkomu güclüdür" mübahisəsinin sonu ölümlə bitmişdi.


Nədənsə pullu adam içəndə ona "yeyib-içən adam" deyirlər, kasıb içəndə isə əyyaş...


Hafiz Əhmədov


O.M