Qaxda 74 yaşlı kimsəsiz qoca özünü asdı

Qaxda 74 yaşlı kimsəsiz qoca özünü asdı

23 Mart 2012 09:59
Bəyəndim (0) Bəyənmədim (0)

Qax Rayon Prokurorluğundan verilən məlumata görə, 1938-ci ildə Beyləqan rayonunda anadan olmuş Qax rayon sakini Qarayev Baron Gəray oğlu martın 22-də rayonun Əmbərçay kəndindəki 39 saylı uşaq bağçasının arxasında yerləşən fındıq bağında özünü asıb. B.Qarayevin kimsəsiz olduğu, 39 saylı uşaq bağçasında yaşadığı bildirilir. Onun özünü öldürməsinin səbəbi məlum deyil.

Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

O.M.