Azərbaycanda 17-18 martın kriminal xronikası

Azərbaycanda 17-18 martın kriminal xronikası

19 Mart 2012 11:16
Bəyəndim (0) Bəyənmədim (0)
Şənbə və bazar günləri ərzində 77 cinayət faktı qeydə alınmışdır

17.03.2012-ci il - şənbə günü ərzində 39 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 39 cinayət faktı qeydə alınmış, onların da 22-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 10 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 11 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 32 nəfər tutulmuşdur.

Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

17.03.2012

Martın 17-də saat 22.45 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Mahir Hüseynovun idarə etdiyi "VAZ-2107" və Rauf Ağazadənin idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə R.Ağazadənin xəsarət almış sərnişini Şamil Xudaverdiyev xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.

Nizami rayonu ərazisində kirayədə yaşayan Rəna Əliyevanın əxlaqsızlıq yuvası təşkil etməsi və qadınları fahişəliyə cəlb etməsi aşkar olunmuşdur

17.03.2012

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Nizami rayonu ərazisində kirayədə yaşayan Rəna Əliyevanın əxlaqsızlıq yuvası təşkil etməsi və gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi aşkar olunmuşdur.

Emin Vəliyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Ağamehdi Əliyev tutulmuşdur

17.03.2012

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 16-da Emin Vəliyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Ağamehdi Əliyev tutulmuşdur.

Mobil telefon oğurlamış Gəncə şəhər sakini Malik Əliyev tutulmuşdur

17.03.2012

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da Fuad Niftəliyevə məxsus mobil telefonu oğurlamış Gəncə şəhər sakini Malik Əliyev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari ilin yanvar ayının 16-da Bakı şəhər sakini Svetlana Əliyevaya məxsus mobil telefonu oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etməkdə şübhəli bilinən Coşqun Quliyev tutulmuşdur

17.03.2012

Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də İlqar Nuriyevin mənzilindən ona məxsus sürücülük vəsiqəsini və 50 manat pulu oğurlamış əvvəllər məhkum olunmuş, qohumu Coşqun Quliyev tutulmuşdur.

Bakı şəhər sakinləri Elməddin Sadıqovun və Aqil Alıyevin çay evində qumar oyunları təşkil etmələri aşkar olunmuşdur

17.03.2012

Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də Bakı şəhər sakinləri Elməddin Sadıqovun və Aqil Alıyevin çay evində qumar oyunları təşkil etmələri aşkar olunmuşdur.

Bakı şəhər sakini Ömər Müştəcəbov tutulmuşdur

17.03.2012

Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 16-da Samir Bayramova qarşı zor tətbiq edərək ondan mobil telefonunu almış Bakı şəhər sakini Ömər Müştəcəbov tutulmuşdur.

Gəncə şəhər sakini Vaqif Xudaquliyev və Beyləqan rayonunun Əlinəzərli kənd sakini Kamil Əliyev tapdıqları silah-sursatı təhvil vermişlər

17.03.2012

Gəncə şəhər sakini Vaqif Xudaquliyev tapdığı 1 ədəd qumbaranı, 88 ədəd avtomat patronunu və 1 ədəd patron darağını könüllü olaraq Nizami (Gəncə) RPİ-yə təhvil vermişdir.
Beyləqan rayonunun Əlinəzərli kənd sakini Kamil Əliyev 1 ədəd tüfəngi, 1 ədəd tüstüverici şaşkanı, 4 ədəd fişəngi, 2 ədəd qumbaranı və 3 ədəd alışdırıcını könüllü olaraq RPŞ-yə təhvil vermişdir.

Goranboy rayonu ərazisində yol-nəqliyyat hadisəsi

17.03.2012

Martın 17-də saat 13.30 radələrində Goranboy rayonu ərazisində Bakı şəhər sakini Vaqif Rüstəmov "Mercedes" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə, xəsarət almış sərnişinlər Qumru Hacıyeva, İzzət Hacıyev və Cavid Eminov xəstəxanaya yerləşdirilmişlər. C.Eminov orada ölmüş, digərlərinin vəziyyətləri isə orta-ağırdır.

Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Kamran Muradov tutulmuşdur

17.03.2012

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011 və 2012-ci illər ərzində Hakim Namazovun, Nurəddin Səlimovun, Nizami İsmayılovun, Siyafət İsmayılovun, Rəşad Qasımovun, Elnarə Məmmədovanın, Araz Qaralovun, İlqar Abdullayevin, Sədaqət Paşayevanın, Füzuli Cəlilovun evlərindən və Hümən Fərzanəyə məxsus fabrikdən pul, qızıl və məişət əşyalarını oğurlamış Bakı şəhər sakini Kamran Muradov tutulmuşdur.

Kürdəmir rayonu ərazisində yol-nəqliyyat hadisəsi

17.03.2012

Martın 16-də saat 21.15 radələrində Kürdəmir rayonu ərazisində Bakı şəhər sakini Fərid Həşimovun idarə etdiyi "Mercedes" və Gürcüstan vətəndaşı David Çacibayanın idarə etdiyi "DAF" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə F.Həşimovun xəsarət almış sərnişinləri - qardaşı Mirpaşa və Əntiqə Cəfərova xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Yıxılaraq xəsarət almış Binə qəsəbəsi ərazisində yaşayan Zülfüqar Cəfərov ölmüşdür

17.03.2012

Martın 2-də Suraxanı rayonunun Binə qəsəbəsi Südçülük sovxozunda yaşayan Zülfüqar Cəfərov həyətdəki ağacdan yıxılmış və aldığı xəsarətdən martın 17-də xəstəxanada ölmüşdür.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

17.03.2012

Martın 17-də Abşeron rayon sakinləri Fəxri Mədətov, onun arvadı Rəna və qızı 8 yaşlı Fəridə, Cəlilabad rayon sakini Taleh Əliyev, Sumqayıt şəhər sakinləri Nərgiz Nuriyeva və Göygöl rayon sakini Gülnarə Həsənova öz evlərindən dəm qazı və qidadan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Dəm qazından zəhərlənmiş Kəpəz rayonunun Avtozavod qəsəbə sakini Zibər Abbasova ölmüşdür

17.03.2012

Martın 17-də Kəpəz rayonunun Avtozavod qəsəbə sakini Zibər Abbasova evində dəm qazından zəhərlənərək ölmüşdür.

Kəlbəcər rayon sakini Gündüz Həsənov bədbəxt hadisə nəticəsində ölmüşdür

17.03.2012

Martın 17-də Göygöl rayonunda Kəlbəcər rayon sakini Gündüz Həsənov ehtiyatsızlıqdan "Səmədoğlu" şirkətinin ərazisindəki betonqarışdıran qurğunun içərisinə yıxılaraq ölmüşdür.


18.03.2012-ci il - bazar günü ərzində 38 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 38 cinayət faktı qeydə alınmış, onların da 18-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 5 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 2 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 7 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 13 nəfər tutulmuşdur.

Lənkəran rayon sakini A.Mirzəyev avtomaşını idarə edərkən rayon sakini İ.Nuriyevi vurmuşdur

18.03.2012

Martın 19-da saat 01.50 radələrində Lənkəran rayonunun Parakənd kənd sakini Amid Mirzəyev "VAZ-21099" markalı avtomaşını idarə edərkən rayon sakini İlkin Nuriyevi vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi

18.03.2012

Martın 18-də saat 06.50 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Aslan Ağakərimov "Hyundai" markalı avtomaşını idarə edərkən onu hasara vurmuşdur. Nəticədə sürücü və sərnişini Alek Fedosiyev hadisə yerində ölmüşlər.

Salyan rayon sakini N.Əliyev münaqişə zəminində S.Əzizovu qətlə yetirmişdir

18.03.2012

Martın 18-də Salyan rayonunun Marışlı kəndi ərazisində kənd sakini Nemət Əliyev münaqişə zəminində ov tüfəngindən atəş açaraq Sahil Əzizovu qətlə yetirmişdir. N.Əliyev könüllü olaraq Salyan RPŞ-yə gəlmiş və hadisə zamanı istifadə etdiyi ov tüfəngini təhvil vermişdir.

Binəqədi rayonu ərazisində yeni tikilmiş evin gözətçi otağında yanğın baş vermişdir

18.03.2012

Martın 18-də saat 02.30 radələrində Binəqədi rayonu ərazisində yeni tikilmiş evin gözətçi otağında yanğın baş vermişdir. Nəticədə otağın yanar konstruksiyaları və oradakı əşyalar yanmış, sərxoş halda olan 35-40 yaşlı gözətçi isə yanıq xəsarəti aldığından xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Buta qəsəbəsi ərazisində hərbi sursat tapılmışdır

18.03.2012

Qaradağ RPİ əməkdaşları tərəfindən Buta qəsəbəsi ərazisində 17 ədəd istifadəyə yararsız top mərmisi tapılmışdır.

Evlərdən oğurluq etmiş Bərdə rayon sakini Ş.Süleymanov tutulmuşdur

18.03.2012

Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da Məhəmməd Muradovun və fevralın 18-də Azər Bayramovun evlərindən oğurluq etmiş Bərdə rayon sakini Şirxan Süleymanov tutulmuşdur.

Yevlax rayonu ərazisində yol-nəqliyyat hadisəsi

18.03.2012

Martın 18-də saat 21.30 radələrində Yevlax rayonu ərazisində Türkiyə vətəndaşı Mehmet Atilla "DAF" markalı avtomaşını idarə edərkən Aran qəsəbə sakini Ələddin İbrahimovu vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Tovuz rayonu ərazisində yol-nəqliyyat hadisəsi

18.03.2012

Martın 18-də saat 05.50 radələrində Tovuz rayonu ərazisində Bakı şəhər sakini Valeriy Sukovatorun idarə etdiyi "Man" və Gürcüstan vətəndaşı Vüqar Nəsibovun idarə etdiyi "Ford Tranzit" markalı avtomaşınlar toqquşmuşdur. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Gürcüstan vətəndaşı Zaur Xəlilovndan 3,207 kq marixuana götürülmüşdür

18.03.2012

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan vətəndaşı Zaur Xəlilovndan 3 kiloqram 207 qram marixuana götürülmüşdür.

Kürdəmir rayonu ərazisində yol-nəqliyyat hadisəsi

18.03.2012

Martın 18-də saat 02.00 radələrində Kürdəmir rayonu ərazisində Hacıqabul rayon sakini Famil Mahmudovun idarə etdiyi "MAZ" və Ağa Əsgərovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə sürücü və sərnişinləri Rəşad Paşayev və Hüseyn Məmmədov, Vüqar Rəhimov, hadisə yerində ölmüşlər.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

18.03.2012

Martın 18-də Sumqayıt şəhər sakinləri Səbinə Əliyeva, Nigar Qasımova, Pərviz Raximov, Bəsti Məhərrəmova, Abşeron rayon sakinləri Zümrüd Zeynalova, Kəlam Həsənov və Gəncə şəhər sakini Könül Məmmədova öz evlərindən dəm qazı və alkoqoldan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Gəncə şəhər sakini Elsevər Tağızadə münaqişə zəminində Vüsal Orucova bıçaqla xəsarət yetirmişdir

18.03.2012

Martın 18-də Gəncə şəhərində şəhər sakini Elsevər Tağızadə münaqişə zəminində Vüsal Orucova bıçaqla xəsarət yetirmişdir. E.Tağızadə Kəpəz RPİ əməkdaşları tərəfindən tutulmuşdur.

O.M.