64 yaşlı qadın "KredAgro" Kredit Təşkilatının Bakıdakı ofisində özünü yandırdı

64 yaşlı qadın "KredAgro" Kredit Təşkilatının Bakıdakı ofisində özünü yandırdı

19 Mart 2012 10:12
Bəyəndim (0) Bəyənmədim (0)

Nərimanov Rayon Polis İdarəsinin verdiyi məlumata görə, "KredAgro" Kredit Təşkilatının paytaxtın Həsən Əliyev küçəsində yerləşən ofisində intihar hadisəsi qeydə alınıb. Bakı şəhər sakini, 1948-ci il təvəllüdlü Həsənova Səadət Məmməd qızı üstünə benzin tökərək özünü yandırıb. Yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən qadını xilas etmək mümkün olmayıb. Hadisənin motivi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

O.M.