ABŞ-da atışma, 6 ölü + Video

ABŞ-da atışma, 6 ölü + Video

11 Dekabr 2019 13:12
174
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Nyu-Cersi ştatının Cersi-siti şəhərinin küçələrində törədilən atışma nəticəsində beş nəfər və bir polis həyatını itirib. Oxumeni.az bildirir ki, bu barədə “NBC News” xəbər verib.

Hüquq mühafizə orqanlarındakı mənbənin məlumatına görə, insident cinayət işini araşdıran polisin şübhəli bilinən şəxslərdən birinin izinə düşməsi və onlar tərəfindən atəşə tutulmasından başlayıb. Daha sonra cinayətkarlar Bidvell Avenü yaxınlığındakı ərzaq mağazasında gizlənib. Orada polislə atışma nəticəsində hər iki hücum edən şəxs ölüb. Bundan başqa, hadisə zamanı üç mülki şəxs həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)