ABŞ-da atışma baş verib, ölənlər var

ABŞ-da atışma baş verib, ölənlər var

11 Dekabr 2019 10:42
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ-ın Nyu-Cersi ştatının Cersi-Siti şəhərində atışma baş verib.

Oxumeni.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, atışma zamanı biri polis əməkdaşı olmaqla 4 nəfər ölüb.

Məlumata əsasən, atışma cinayətkarların qapandığı mağazada baş verib.

Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi xəbərə görə, öldürülən digərləri isə silahlı şəxsin barrikada qurduğu mağazada açdığı atəş nəticəsində həlak olublar. Məlumata görə, polis əməkdaşları silahlılardan azı ikisini zərərsizləşdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az