Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində yanğın oldu

Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində yanğın oldu

16 Mart 2012 11:54
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıt Şəhər Polis İdarəsinin məlumatına görə, bu gün saat 01.15 radələrində şəhərin H.Z.Tağıyev qəsəbə sakini Ziyafət Qurbanovaya məxsus evdə yanğın baş verib. Nəticədə, evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, mənzildə kirayədə yaşayan Elnur Balakişiyev yanıq xəsarəti aldığından ona xəstəxanada tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

O.M.