Çexiya xəstəxanasında insanlara atəş açan şəxs intihar edib

Çexiya xəstəxanasında insanlara atəş açan şəxs intihar edib

10 Dekabr 2019 14:27
Bəyəndim (1) Bəyənmədim (0)

Çexiyanın şimal-şərqində yerləşən Ostrava şəhər xəstəxanasında insanlara atəş açan şəxs intihar edib.

Oxumeni.az xarici KİV-lərə istinadla xəbər verir ki, şübhəli şəxs polis tərəfindən saxlanılan zaman özünü güllə ilə vurub. Hazırda onun şəxsiyyətinin müəyyən olunması üzrə iş aparılır.

Xatırladaq ki, hadisə səhər saatlarında şəhər xəstəxanasında baş verib. Açılan atəş nəticəsində altı nəfər həlak olub, iki nəfər isə yaralanıb.

Çexiyanın Baş naziri Andrey Babiş, birinci vitse-prezident və Daxili İşlər naziri Yan Qamaçek və Səhiyyə naziri Adam Voyteh faciənin baş verdiyi xəstəxanaya gəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az