Prezidentin əfv fərmanı icra olunmağa başlayıb

Prezidentin əfv fərmanı icra olunmağa başlayıb

16 Mart 2012 11:04
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan prezidenti İlham Əliyevin martın 15-də imzaladığı sərəncamın bu gün icrasına başlanılıb. Sərəncam ümumilikdə 62 nəfərə şamil olunub. Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş ümumilikdə 55 nəfər cəzanın çəkilməmiş hissəsindən, 6 nəfər cərimə cəzasından, 1 nəfər isə islah işlərindən azad edilib.

Əfv olunanlardan üçü Gürcüstan vətəndaşıdır. Əfv edilənlərin 60-ı kişi, 2-si qadındır.
Əfv olunanların sırasında AXCP-nin iki üzvü də var. Bunlar Ruslan Bəşirov və Elnur İsrəfilovdur. Hər iki şəxs əfv olunması üçün Azərbaycan prezidentinə müraciət edib. Azərbaycan prezidenti İlham Əliyevin martın 15-də imzaladığı əfv sərəncamı 2 saylı Cəzaçəkmə müəssisəsində də icra olunub. Sərəncam müəssisədə cəza çəkənlərdən 7 nəfərə şamil olunub. Onlardan 2-si Gürcüstan vətəndaşıdır.
Müəssisədə sərəncamın icrası ilə bağlı keçirilən mərasimdə çıxış edən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təşkilat-Nəzarət İdarəsinin rəisi Musa Hümbətov 1995-ci ildən bu günə kimi 51 əfv sərəncamı imzalandığını, nəticədə 5400-ə yaxın məhkumun azadlığa çıxdığını deyib.

O.M.