Bakıda "Çay Evi"nin qarşısında 24 yaşlı gənc qətlə yetirildi

Bakıda "Çay Evi"nin qarşısında 24 yaşlı gənc qətlə yetirildi

15 Mart 2012 10:03
Bəyəndim (0) Bəyənmədim (0)

Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, ötən gecə rayonun Atatürk prospekti -33 ünvanında yerləşən "Çay Evi"nin qarşısında qətl hadisəsi qeydə alınıb. Kütləvi davada Bakı şəhər sakini, 24 yaşlı Bağır Ağalar oğlu İbrahimov bıçaqlanıb. Çoxsaylı bıçaq xəsarətləri alan gənc hadisə yerindəcə dünyasını dəyişib. Artıq hadisəni törədən şəxsin kimliyi müəyyənləşib. Hazırda polis həmin şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

O.M.